Who am I?
I, Ramil Mehdiyev, am an IT and digital transformation specialist with over 20 years of experience in technology and healthcare. Throughout my career, I have gained extensive experience in information technology leadership, strategic planning, and digital innovation implementation in public and private sector organizations.
I currently serve as CEO of Digital Medical Solutions LLC and lead the implementation of strategic projects towards the digitalization of healthcare in our country. Under my leadership:
With the participation of our team, Yeni Klinika and Nizami Medical Center of Azerbaijan were awarded HIMSS EMRAM Level 6 international certificates, which is a rare achievement in the region.
My main goal is to use technology to make the healthcare system more transparent, faster and accessible, and to implement innovative digital solutions in the public and private sectors. My main principle in each project is a human-centered approach and continuous improvement.
What am I doing?
What do the team and partners say?
The projects implemented under Ramil Bey's leadership were innovative and effective. His knowledge of strategy and technology ensured the success of the project.
Thanks to Ramil Bey's leadership and team-oriented approach, digital healthcare systems were implemented quickly and to high standards.
Recent Experiments and Research
Təxminən 2 il bundan öncə Türkiyənin Antalya şəhərində təşkil edilən HIMSS Avrasiya 2022 sərgisində iştirak etdik. Sərgi zamanı dünya səhiyyəsində baş verən önəmli rəqəmsal transformasiyalar ilə tanış olmaq imkanımız yarandı. Daha sonra əldə etdiyimiz məlumatları detallı araşdırıb, beynəlxalq təcrübəni daha dərindən öyrəndik və bu yeniliklərin Ölkəmizin səhiyyəsi üçün də əhəmiyyətli dərəcədə vacib olduğuna inandıq. Araşdırmalarımızın nəticəsini və həyata keçirmək istədiyimiz layihəni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB rəhbərliyi ilə bölüşdük. Hər iki Qurumun rəhbərliyi təkliflərimizə böyük diqqət göstərdi və icrasında bizi tam dəstəklədiklərini bildirdilər. Beləliklə TƏBİB-in tabeliyində olan “Yeni Klinika” PHŞ üçün HIMSS təşkilatının EMRAM modulu üzrə 6-cı səviyyə akkreditasiya sertifikatının alınması layihəsinə başlanılmasına qərar verildi. Sözügedən layihənin icrası komandamız üçün böyük məsuliyyət eyni zamanda qarşıya qoyulan əhəmiyyətli bir çağırış idi.
İlkin mərhələdə Yeni Klinikada detallı araşdırma işləri aparıb, klinikanın sertifikasiyanın tələblərinə nəzərən cari vəziyyətini müəyyənləşdirdik. Çox xoş bir hal idi ki, əksər tələblər artıq Yeni Klinikada mövcud idi. Buna zəmin yaradan əsas səbəb isə məhz 2018 -ci ildən başlayaraq icbari tibbi sığortanın tətbiqi çərçivəsində həyata keçirilən böyük miqyaslı elektronlaşdırma işləri idi. Daha sonra çatışmayan tələblərin təmin edilməsi üçün “Rəqəmsal Tibbi Həllər” MMC və Yeni Klinikanın icraçı komandası layihə ilə bağlı səfərbər oldu və layihənin fəaliyyət dövründə gecə-gündüz əzmlə çalışdı. Layihə boyunca olduqca çətin yoldan keçdik. Beynəlxalq təcrübənin daha dərindən öyrənilməsi üçün layihənin icraçı komandasının üzvlərinin bundan öncə bu sertifikatı əldə etmiş ölkələrə səfərləri təşkil edildi. Sertifikasiyanın tələblərinin təmin edilməsi çərçivəsində biznes proseslərin elektronlaşdırılması, 95 faizin üzərində kağızsız tibbi qeydiyyatın təmin edilməsi və sairə əhəmiyyətli işlər icra etdik. Ən vacib tibbi cihazların elektron sistemlərə inteqrasiyasını təmin etdik. Və artıq müvafiq sertifikatın alınmasına hazır idik. Beləliklə 29.02.2024-cü il tarixində HIMSS təşkilatının müvafiq komissiyası tərəfindən yoxlamalar aparıldı və 10 saatdan artıq aparılan yoxlamalar zamanı Yeni Klinikanın demək olar ki, əlaqəli bütün istiqamətlərinin iş prosesi detallı izlənildi, həmçinin klinikanın personalı ilə müsahibələr təşkil edildi. Yoxlamaların yekunu olaraq komissiya tərəfindən verilən qərara əsasən Yeni Klinikanın EMRAM modulu üzrə 6 səviyyə sertifikasiyanın tələblərinə uyğun olduğu təsdiqləndi. Həmçinin Yeni Klinika ilə bağlı məlumatlar HIMSS təşkilatının rəsmi veb səhifəsində yerləşdirildi. Onu da qeyd edim ki, bu sertifikat Cənubi Qafqaz və Şərqi Avropa regionunda ilk dəfə olaraq Yeni Klinika tərəfindən əldə edilib. MDB məkanında isə buna qədər yalnız Rusiya Federasiyasının iki tibb müəssisəsi tərəfindən qazanılmışdır.
29-31 may tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində təşkil edilmiş HIMSS təşkilatının “Avropa Sağlamlıq Konfransı və Sərgisi”ndə Azərbaycanın nümayəndə heyəti olaraq bu il də iştirak etdik və bu ilki iştirakımız xüsusilə əlamətdar idi. Belə ki, bundan öncə TƏBİB-in tabeliyində olan “Yeni Klinika”nın həm Azərbaycanda həm də Cənubi Qafqazda ilk dəfə əldə etdiyi HIMSS-in beynəlxalq akkreditasiya sertifikatı rəsmi olaraq təşkilatın məsul şəxsləri tərəfindən bizə təqdim edildi. 30 may tarixində keçirilən təqdimetmə mərasimində iştirak etmək çox gözəl bir hadisə idi. Onu da qeyd edim ki, “Yeni Klinika” ilə bərabər bu il İngiltərənin “Cleveland Clinic London” və “Liverpool Heart and Chest NHS Foundation Trust”, İtaliyanın “Fondazione Poliambulanza Istituto Ospedaliero” və qardaş Türkiyənin bir neçə önəmli xəstəxanası sözügedən sertifikatı qəbul etdi.
Həmçinin bildirmək istərdim ki, 100-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Azərbaycan səhiyyəsindən və TƏBİB-in fəaliyyətin bəhs edən təqdimatla çıxış edib, iştirakçılarla öz təcrübələrimizi və uğurlarımızı bölüşdük. Bu çox qürurverici bir məqam idi.
Azərbaycan səhiyyəsinin beynəlxalq arenada tanıdılmasında böyük bir addım olan bu hadisə bizim üçün bənzərsiz bir stimuldur və əminliklə deyə bilərəm ki, daha böyük uğurlarımız hələ qarşıdadır!
Artıq vətəndaşlar yenilənmiş “myGov” portalı və mobil tətbiqi vasitəsilə tibbi məlumatlarına birbaşa və rahat şəkildə çıxış əldə edə bilirlər. Bu funksiyalar aşağıdakılardır:
☑️ “Ailə həkimim” – qeydiyyatda olduğunuz həkim haqqında məlumat
☑️ “Həkim müraciətlərim” – etdiyiniz müraciətlərin tarixi və məzmunu
☑️ “Laborator analiz nəticələrim” – analiz cavablarını tez və rahat şəkildə görmək imkanı
Bundan əvvəl yalnız “e-Tabib” tətbiqi vasitəsilə əldə edilə bilən bu məlumatlar artıq myGov tətbiqində də əlçatan olub və daha geniş istifadəçi kütləsi üçün rahat interfeys təqdim edir.
Yeni imkanlar vətəndaşlara dövlət və özəl tibb müəssisələrində göstərilən xidmətlər haqqında məlumatı vahid platformadan, sürətli və şəffaf şəkildə əldə etməyə şərait yaradır.
Bu yenilik:
Tibbi məlumatlara çıxışda şəffaflığı artırır
⚙️ Rəqəmsal idarəçiliyi təkmilləşdirir
⏱️ Vətəndaşlara vaxt və resurs baxımından qənaət imkanı yaradır
Yenilənmiş “myGov” mobil tətbiqini yükləyərək bu imkanlardan faydalana bilərsiniz!
Layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Layihənin icrasında iştirak edən komandamızın məhsuldar fəaliyyətini yüksək qiymətləndiririk və inanırıq ki, bu kimi təşəbbüslər birgə əməkdaşlıq əsasında vətəndaşlara daha çevik, şəffaf və inteqrasiya olunmuş xidmətlərin təqdim edilməsinə töhfə verəcəkdir.
“mygov” platformasına aşağıdakı tibbi məlumatlar inteqrasiya olundu:
☑️ Sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayış
☑️ Sağlamlıq haqqında tibbi arayış
Əvvəllər bu məlumatlara elektron formada yalnız “e-Tabib” mobil tətbiqi vasitəsilə baxmaq mümkün idisə, indi “mygov” veb portalı və mobil tətbiqi üzərindən məlumatlarla tanış olmaq olar.
???? İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Innovation and Digital Development Agency ilə birgə həyata keçirdiyimiz növbəti layihə vətəndaşlara vaxt və resurslarına qənaət etməyə, eyni zamanda tibbi məlumatlara daha sürətli və rahat çıxış imkanı əldə etməyə xidmət edir.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzi, Rəqəmsal Tibbi Həllər-in texniki və metodoloji dəstəyi ilə ABŞ-ın HIMSS (Healthcare Information and Management Systems Society) təşkilatının EMRAM səviyyə VI beynəlxalq akkreditasiya sertifikatını əldə edib.
2024-cü ilin sentyabr ayından etibarən bu uğura nail olmaq məqsədilə “Rəqəmsal Tibbi Həllər” MMC və Nizami Tibb Mərkəzinin işçi qrupu tərəfindən genişmiqyaslı hazırlıq işlərinə start verilib.
Bu müddət ərzində:
☑️ Müəssisədaxili tibbi sənədləşmələr tam elektronlaşdırılıb
☑️ Həkim və tibb bacıları üçün Elektron Qərar Dəstəyi Sistemləri (QDS) hazırlanıb və tətbiq edilib
☑️ Xəstəxana İdarəetmə Sistemi (XİS) beynəlxalq standartlara uyğunlaşdırılıb
☑️ Tibbi məlumatların analizi və onlardan istifadə imkanları təkmilləşdirilib
☑️ Pasiyentlərin sağlamlıq qeydlərinə çıxış imkanları genişləndirilib
Bu beynəlxalq akkreditasiya ilə Nizami Tibb Mərkəzi, Azərbaycanda və regionda HIMSS EMRAM səviyyə VI sertifikatı alan ikinci tibb müəssisəsi olmuşdur. Qeyd edək ki, ölkəmizdə və regionda bu sertifikatı ilk dəfə Yeni Klinika əldə etmişdir.
Bu nailiyyət, ölkəmizdə səhiyyənin rəqəmsallaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılmış mühüm addımlardan biridir.
Layihənin uğurla icrasında əməyi olan “Rəqəmsal Tibbi Həllər” komandasına və Nizami Tibb Mərkəzinin rəhbərliyinə, eləcə də peşəkar tibb personalına təşəkkür edirik.
Contact Us